Instagram YouTube-a rəqib olur

Instagram YouTube-a rəqib olur

Instagram 90 dəqiqəyədək üfüqi videoların paylaşılmasına imkan verən yeni Features formatını sınaqdan keçirməyə başlayıb.

Variety xəbər verir ki, yeni format istifadəçilərə uzun videolar paylaşmaq imkanı yaradacaq.

Hazırda funksiya ABŞ və Braziliyada məhdud sayda kontent müəllifi üçün əlçatandır. Onun geniş istifadəyə veriləcəyi tarix hələ məlum deyil.

Instagram daha əvvəl də 2018-ci ildə istifadəyə verilən IGTV xidməti vasitəsilə YouTube ilə rəqabət aparmağa çalışıb. Lakin layihə geniş populyarlıq qazanmayıb və 2021-ci ildə bağlanıb.

Mənbə: az.trend.az