Alimlər qoxuların internetlə ötürülməsi ilə bağlı yeni sistem yaratdı

Alimlər qoxuların internetlə ötürülməsi ilə bağlı yeni sistem yaratdı

ABŞ və Çindən olan tədqiqatçılar qoxuları tanıyan, onlar haqqında məlumatı internet vasitəsilə ötürən və xüsusi qolbaq və ya kulon vasitəsilə həmin qoxunu yenidən yaradan sistem hazırlayıblar.

Bu barədə “Discover Magazine” məlumat yayıb.

Qurğu cəmi 0,6 saniyəyə reaksiya verir. 14 könüllünün iştirak etdiyi sınaqlarda ayrı-ayrı qoxuların tanınma dəqiqliyi 73 faizə, qoxu qarışıqlarının tanınma dəqiqliyi isə 71 faizə çatıb.

Alimlər həmçinin ətirli mayelər vasitəsilə dad hisslərini ötürməyə imkan verən versiya da hazırlayıblar.

Hələlik texnologiya əvvəlcədən hazırlanmış məhdud sayda qoxu ilə işləyir. Gələcəkdə onun virtual reallıqda, onlayn mağazalarda və tibbdə istifadəsi nəzərdə tutulur.

Mənbə: bizim.media