Rusiya səmasında da iki təyyarə “fəlakət siqnalı” verdi

Rusiya səmasında da iki təyyarə “fəlakət siqnalı” verdi

Oktyabrın 13-də Rusiya səmasında eyni vaxtda müxtəlif aviaşirkətlərə məxsus iki təyyarə qəza siqnalı verib.

Publika.az xəbər verir ki, bu barədə “Telegram” kanalı “Shot” məlumat yayıb.

Təsirə məruz qalanlar Mineralnıye Vodıdan Moskvaya uçan “S7 Airlines” və Bişkekdən Moskvaya uçan Qırğızıstanın “Avia Traffic Company” aviaşirkətləri olub.

Hər iki təyyarə yanacaq miqdarının kritik səviyyəyə düşdüyünü göstərən “Mayday Fuel” siqnalı verib.

Təyyarələr Moskvanın Domodedovo hava limanına təhlükəsiz şəkildə eniş ediblər.

Müəllif: Tural

Mənbə: publika.az