Telegram istifadəçiləri səsli mesajlardan xilas edəcək yeni funksiyanı sınaqdan keçirir – VİDEO

Telegram istifadəçiləri səsli mesajlardan xilas edəcək yeni funksiyanı sınaqdan keçirir –

Android üçün Telegram-ın yeni beta versiyasında səsli mesajı göndərməzdən əvvəl mətnə çevirməyə imkan verən yeni funksiyanın sınaqlarına başlanılıb.

Yazı zamanı ekranda "Aa" düyməsi görünəcək. İstifadəçi səsli mesajı yazdıqdan sonra həmin düyməni sıxaraq audio əvəzinə hazır mətni həmsöhbətinə göndərə biləcək.

Qeyd edək ki, bu imkan yalnız Telegram Premium abunəçiləri üçün əlçatan olacaq.

Lakin yeniliklər bununla bitmir. Telegram həmçinin audioyazı zamanı kənar küy və küçə səslərini təmizləyən küyboğucu funksiyasını da test edir. Bununla belə, alqoritmin kənar küylərlə yanaşı, həddindən artıq sakit danışığı və ya arxa fondakı musiqini də təhrif etmək riski var.



Mənbə: bizim.media