Avropa nəşri “Politico” üçün “Public First” şirkətinin keçirdiyi sorğuda Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə bağlı diqqətçəkən nəticələr ortaya çıxıb.
Sorğunun nəticələrinə görə, Almaniyada respondentlərin 45,5 faizi fon der Lyayenin fəaliyyətini “çox pis” və ya “müəyyən qədər pis” qiymətləndirib. Fransada bu göstərici 31,1 faiz, İspaniyada isə 29,6 faiz olub.
Bundan əlavə, sorğu iştirakçılarının bir hissəsi Avropa Komissiyasının sədrini ümumiyyətlə tanımadığını bildirib. Fransada respondentlərin 22,3 faizi, İspaniyada isə 10,3 faizi Ursula fon der Lyayen haqqında heç eşitmədiyini deyib.
Sorğu sentyabrın 13-dən 15-dək Almaniya, Fransa və İspaniyada yetkin respondentlər arasında keçirilib.
Müəllif: Adəm
Mənbə: publika.az