“Google DeepMind”dən ayrılan süni intellekt mühəndisi Bilal Çughtai süni intellektin (Sİ) insanlıq üçün ciddi təhlükə yarada biləcəyini bildirib.
Çughtai süni intellektin mövcud inkişaf istiqamətindən narahat olduğunu və bu texnologiyanın insanlığı məhv etmək potensialına inandığını deyərək şirkətdən ayrılıb.
O, bununla belə, süni intellektin daha təhlükəsiz istiqamətdə inkişaf etdirilməsinin hələ də mümkün olduğunu bildirib.
Çughtai bu fikirləri səsləndirən ilk tədqiqatçı deyil. “Anthropic” şirkətinin rəhbəri Dario Amodei də daha əvvəl dünyanı süni intellektin inkişaf tempinin yavaşladılmasına çağırıb.
Mənbə: www.bakupost.az