Britaniyanın məşhur teleyayım şirkəti kütləvi ixtisarlarla gedir

Britaniyanın məşhur teleyayım şirkəti kütləvi ixtisarlarla gedir

Böyük Britaniyanın "Channel Four Television Corp." dövlət teleyayım şirkəti ilin sonunadək işçi heyətini 340 nəfər ixtisar etməyi planlaşdırır.

BBC-yə istinadən xəbər verilir ki, şirkətdə təxminən 1 270 nəfər çalışır.

Bu isə o deməkdir ki, ixtisarlar ştatın təxminən 28%-ni əhatə edəcək.

"Üzləşdiyimiz problemlər fəaliyyətimizdə fundamental dəyişikliklər tələb edir", - deyə şirkətin icraçı direktoru Priya Doqra bildirib. O əlavə edib ki, ixtisarlar idarəetmə pillələrinin sayını azaltmağa və qərar qəbulu prosesini sadələşdirməyə yönəlib.

Qeyd edək ki, "Channel 4" 1982-ci ildə BBC və ITV-yə alternatv olaraq təsis edilib. Son dövrlərdə şirkət striminq xidmətlərinin rəqabəti və reklam gəlirlərinin kəskin azalması ilə qarşılaşıb.

Mənbə: oxu.az