Alimlər vaxtı ölçmə üsulumuzu dəyişə bilərlər - Qlobal xaos qaçılmazdı

Alimlər vaxtı ölçmə üsulumuzu dəyişə bilərlər - Qlobal xaos qaçılmazdı

Yerin artan fırlanma sürəti vaxtın ölçülməsində islahata səbəb ola bilər.

Bu mövzu Ölçülər və Çəkilər Üzrə 28-ci Baş Konfransın (CGPM) gündəliyində olacaq.

Yerin fırlanmasının sürətlənməsi səbəbindən alimlər 2035-ci ilə qədər UTC-yə mənfi Artıq saniyənin daxil edilməsi zərurəti ilə üzləşiblər. Lakin bu qərar böyük risklər daşıyır: saniyənin silinməsi telekommunikasiya, elektrik şəbəkələri və peyk naviqasiya sistemlərinin işində miqyaslı nasazlıqlar törədərək qlobal rəqəmsal xaos yarada bilər.

Texniki fəlakətlərin qarşısını almaq üçün dünya ekspertləri artıq saniyəni “artıq saat” ilə əvəz etmək üçün səsvermə keçirməyi planlaşdırırlar. Əgər bu təşəbbüs qəbul olunarsa, belə bir saatın yığılması min il çəkə bilər ki, bu da vaxtın tez-tez və təhlükəli düzəlişlərindən faktiki olaraq imtina etməyə imkan verəcək.

Hüseyn İbadlı

Mənbə: publika.az