Robotlar üçün “uşaq bağçası” açdılar - Video

Robotlar üçün “uşaq bağçası” açdılar -

Pekində robotlar üçün “uşaq bağçası” açılıb.

“Global Times” nəşrinə istinadən xəbər verilir ki, burada alimlər robotların inkişafına alternativ yanaşmanı öyrənəcəklər.

Bildirilib ki, bu yanaşma robotlara hərəkətləri və ətraf mühitlə qarşılıqlı əlaqəni insanın hazır təlimatları əsasında deyil, toxunuş, cəhdlər və xətalar sayəsində mənimsəməyə imkan verəcək. Məsələn, əgər robot yeriməyi öyrənərkən divara çırpılırsa, bu toqquşma onun təcrübəsinin bir hissəsinə çevrilir. O, baş verəni “yaddaş”ına yazır, yenidən cəhd edir və eyni səhvə yol verməmək üçün hərəkətlərinə düzəliş edir. Bununla da, hər hansı uğursuzluq avtomatik olaraq öyrənmə üçün yeni məlumata çevrilir.

Güman edilir ki, bu metod robota istismara başladıqdan sonra ilkin təlimatlarda olmayan vəziyyətlərə uyğunlaşmağa imkan verəcək.

Bu mərkəz Çinin toxunuş sensorları sahəsində ixtisaslaşmış “Tashan Technology” şirkəti və kanadalı alim, süni intellekt üzrə mütəxəssis Riçard Sattonun rəhbərlik etdiyi komandanın birgə səyləri ilə yaradılıb.

Mənbə: qafqazinfo.az