“Traktor”un matçında VAR monitoru işləmədi - Azarkeşlərdən etiraz+Video

“Traktor”un matçında VAR monitoru işləmədi - Azarkeşlərdən etiraz+Video

Xəbər verdiyimiz kimi, ötən gecə “Traktor” klubu İran çempionatının 22-ci turundan təxirə salınmış matçda “Fulad”a 2:1 hesabı ilə qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşma dramatik keçib və qalmaqallarla yadda qalıb.

Qarşılaşmanın gedişində hakim epizodlardan birinə baxmaq üçün VAR-a yollanıb. Lakin bu zaman VAR monitoru işləməyib. Nəticədə referi 20 dəqiqə gözləməli olub.

VAR yoxlaması bitdikdən sonra hakim qarşılaşmaya 24dəqiqə vaxt əlavə edib. Əlavə olunmuş dəqiqələrin sonunda isə “Traktor”un qapısına penalti təyin edilib.

Hesab bərabərləşsə də, 90+23-cü dəqiqədə isə “Traktor” qələbə qolunu vurub və ən yaxın izləyicisi “Sepahan”la xal fərqini 5-ə çıxarıb.

Qarşılaşmadan sonra da matç ətrafında qalmaqallar davam edib. Təbriz klubunun azarkeşləri hakimlərin və İran Futbol Federasiyasının komandalarına qarşı haqsızlıq etməsinə etirazlarını bildirib. Sosial şəbəkələrdə də onlar aktiv şəkildə federasiyaya narazılıqlarını ifadə ediblər.

Feysbukdakı “Traktor” səhifəsində VAR monitorunun məqsədli şəkildə sıradan çıxarıldığı qeyd olunub: “Traktor” o qədər böyükdür ki, onun uduzması üçün VAR monitoru bilərək sıradan çıxarılır. Oyuna 24 dəqiqə əlavə etdilər. Dünyanın harasında belə biabırçılıq var? Amma bilmədikləri bir şey var ki, Allah yuxarıdadır”.

Mənbə: qafqazinfo.az