Türkiyənin “Trabzonspor” klubunun U-19 komandası UEFA Gənclər Liqasında finala yüksəlib.
“Qafqazinfo” xəbər verir ki, Trabzon təmsilçisi yarımfinalda Avstriyanın “Zaltsburq” kollektivini mübarizədən kənarlaşdırıb.
Nyonda keçirilən qarşılaşma Türkiyə klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Trabzonspor” finalda “AZ Alkmaar” - “Barselona” cütünün qalibi ilə üz-üzə gələcək.
Mənbə: qafqazinfo.az