“Qarabağ” bu tur çempion ola bilər

“Qarabağ” bu tur çempion ola bilər

Sabah Azərbaycan Premyer Liqasında 32-ci tura start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” bu turda çempionluğunu rəsmiləşdirə bilər.

Bunun üçün Qurban Qurbanovun komandasının “Sabah”a qalib gəlməsi yetərlidir.

Aprelin 27-si saat 20:00-da başlayacaq görüşdə Ağdamlılar qələbə qazansa, ikinci pillədəki “Zirə”nin ona çatmayacağı dəqiqləşəcək.

Nəticədə “Qarabağ” çempionluğunu rəsmiləşdirəcək.

Mənbə: qafqazinfo.az