Azərbaycan futbolunda rekord hesab: Bir oyunda 18 cavabsız qol vuruldu

Azərbaycan futbolunda rekord hesab: Bir oyunda 18 cavabsız qol vuruldu

Futbol üzrə Azərbaycan İkinci Liqasında "Qaradağ Lökbatan" "Şəki" ilə qarşılaşıb.

Lider lökbatanlılar rəqibini 18:0 hesabı ilə məğlub ediblər.

Lökbatan OİK stadionunda keçirilən qarşılaşmanın qəhrəmanı Əli Əlizadə olub. Futbolçu rəqib qapısından 12 top keçirib. O, matçın 9, 15, 18, 29, 43, 58, 61, 64, 65, 71, 80 və 84-cü dəqiqələrində fərqlənib.

Meydan sahibləri qarşılaşmanın ilk hissəsini 8:0 hesabı ilə öndə başa vurublar. Fasilədən sonra daha 10 qol vuran Lökbatan təmsilçisi darmadağınla yadda qalıb.

Mənbə: olke.az