Rumıniyanın paytaxtı Buxarest şəhərində taekvondo üzrə yeniyetmələr arasında keçirilən Avropa birinciliyində Azərbaycanın 2 idmançısı bürünc medala sahib çıxıb.
Yarışda 29 kq çəki dərəcəsində mübarizə aparan Əsma Abdullazadə və 65 kq-da çıxış edən Yusif Nağızadə üçüncü yeri tutublar.
Mənbə: publika.az