“Andorra”nın 25 yaşlı qapıçısı Xesus Ovono toqquşmadan sonra “Tenerife”nin hücumçusu Xesus de Migelin ölümündən sonra karyerasını başa vurmaq istəyir.
Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Hadisə İspaniya Sequndasının (İspaniyanın ikinci ən yüksək divizionu) 12-ci tur matçında baş verib.
Ovono, “Tenerife”nin hücumçusunun hadisədən sonra xəstəxanada ölməsi ilə barışa bilmir.
Bildirilir ki, qapıçı hadisədən sarsılıb və mütəxəssislərdən psixoloji yardım istəyib.
Mənbə: publika.az