Portuqaliyanın futbol üzrə millisinin baş məşqçisi Jorje Jesuş hücumçu Kriştianu Ronaldunun milli komandada karyerasını başa vurmasını qərarına təəssüflənmədiyini bildirib.
AZXEBER.COM-un "CNN Portugal"a istinadən məlumatına görə, baş məşqçi yalnız komandanın maraqları naminə hərəkət etdiyini vurğulayıb.
"Heç nəyi, qətiyyən heç nəyi dəyişməzdim. Məşqçilik qərarımı komandamı nəzərə alaraq verdim. İnanmıram ki, bu nəticəyə gətirib çıxara biləcək bir şey etdim", - Jesuş bildirib.
O, baş verənlərə görə özünü günahkar hiss etmədiyini və oyunçunun qərarına hörmətlə yanaşdığını bildirib.
"Onun hekayəsinə etinasız yanaşmaq olmaz və mən heç vaxt etməyəcəyəm, çünki o, əbədi olaraq Portuqaliyanın simvolu olaraq qalacaq. Son bir il yarım ərzində güclü dostluq münasibətlərimiz yaranıb. İdman baxımından o, fərqli bir qərar verib və mən ona çox hörmət edirəm", - baş məşqçi əlavə edib.
Xatırladaq ki, Jesuş 41 yaşlı Ronaldunu sentyabrda Norveç yığması ilə oyuna buraxmayıb. Oyunçu daha sonra Portuqaliya millisində karyerasını başa vurduğunu açıqlayıb.
Mənbə: azxeber.com