Messinin nailiyyətini təkrarladı

Messinin nailiyyətini təkrarladı

“Barselona”nın hücumçusu Rafinya Dias La Liqada cari mövsümdə əla oyun sərgiləyir.

Şənbə günü Kataloniya nəhənginin kapitanı “Alaves” üzərində 6-1 hesablı qələbə qazanılan oyunda iki qol vurub.

“Stats Foot”a görə, braziliyalı oyunçu son 50 ildə La Liqada 11 oyunda 15 qol vuran Lionel Messidən sonra “Barselona”nın ikinci oyunçusu olub.

Əfsanəvi argentinalı bu nailiyyətə 2012/13 mövsümündə nail olub.

La Liqa rekordu isə Kriştiano Ronaldoya məxsusdur – o, 2014/15 mövsümündə “Real Madrid”də oynayarkən 11 oyunda 18 dəfə fərqlənib.

Mənbə: publika.az