Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
O, UEFA Gənclər Liqasının Çempionlar yolunun ikinci mərhələsi çərçivəsində keçiriləcək “Göztəpə” (Türkiyə) – “AZ Alkmaar” (Niderland) oyununda hakim-inspektor olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 3-də Türkiyənin İzmir şəhərində yerləşən “Bornova” stadionunda keçiriləcək.
Mənbə: publika.az