"PSJ" 2026-cı ilin ən yaxşı komandası seçildi

"PSJ" 2026-cı ilin ən yaxşı komandası seçildi
Fransanın "PSJ" klubu "Qızıl top" mükafatlandırma mərasimində 2026-cı ilin ən yaxşı komandası seçilib.
​Paris təmsilçisi səsvermədə bütün rəqiblərini geridə qoyaraq birinciliyi əldə edib.
​Üst-üstə iki mövsüm UEFA Çempionlar Liqasının qalibi olan "PSJ", geridə qalan mövsümdə nümayiş etdirdiyi üstün oyun və qazandığı titullarla bu mükafata layiq görülüb.
​Qeyd edək ki, parislilər cari mövsümdə "Qızıl top" nominasiyalarında ən çox futbolçu ilə təmsil olunan klublar sırasında birinci idi.

Mənbə: azxeber.com