Türkiyə Superliqasının 9-cu turunda "Qalatasaray" doğma meydanda "Fənərbağça"nı 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmanın final fitindən sonra isə meydanda gərginlik yaşanıb.
Oxu.Az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
"Fənərbağça"nın futbolçusu Arçi Braunla "Qalatasaray"ın müdafiəçisi Abdulkerim Bardakçı arasında başlayan mübahisə fiziki qarşıdurmaya çevrilib.
Hadisəyə müdaxilə edən polis əməkdaşları futbolçuları ayıraraq gərginliyi aradan qaldırıblar.
Qarşıdurmadan sonra hər iki futbolçu sərt hərəkətlərinə görə qırmızı vərəqə ilə cəzalandırılıb.
Mənbə: oxu.az