Xəbər verdiyimiz kimi, Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında final görüşündən qalib ayrılıb.
55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada iranlı Payam Əhmədi ilə üz-üzə gəlib.
Rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi qızıl medal qazanıb. Bununla da Eldəniz Əzizli beşqat dünya çempionu olub.
Onun final görüşündən ən yaddaqalan kadrları təqdim edirik:
Mənbə: qafqazinfo.az