“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

İspaniya La Liqasında “Barselona” və “Real Madrid” komandaları arasında keçirilən “El-Klasiko” Madrid təmsilçisinin qələbəsi ilə başa çatıb.

APA xəbər verir ki, “Real Madrid” rəqibini 2:1 hesabı ilə məğlub edib.

Madrid klubunun hər iki qolunu Kilian Mbappe vurub. Fransalı hücumçu 41-ci və 87-ci dəqiqələrdə fərqlənib.

“Barselona”nın yeganə qoluna isə 61-ci dəqiqədə Rafinya imza atıb.

Qeyd edək ki, qarşılaşmada “Barselona” topa daha çox sahib olub (57 faiz) və rəqib qapısına 16 zərbə endirib. “Real Madrid” isə 9 zərbə ilə yadda qalıb.

Mənbə: apa.az