Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo bir ay müddətinə yığmanın oyunlarından kənarlaşdırılıb və 255 avro cərimələnib.
Bu barədə jurnalist Fabrizio Romano Portuqaliya Futbol Federasiyasının bəyanatına istinadən məlumat yayıb.
Buna baxmayaraq, Ronaldo Millətlər Liqasında noyabrın 14-də Danimarka, noyabrın 17-də isə Uelsə qarşı keçiriləcək oyunlarda iştirak edə biləcək.
Xatırladaq ki, Ronaldo sentyabrın 30-da milli komandanın məşq toplanışını tərk edib. O, bu addımını baş məşqçi Jorge Jesusun ona verdiyi vədləri iki dəfə pozması ilə əlaqələndirib. Daha sonra futbolçu milli karyerasını başa vurmaq niyyətində olmadığını və yığmaya dəvət olunmağa hazır olduğunu bildirib.
Qeyd edək ki, Portuqaliya millisi Millətlər Liqasında keçirdiyi dörd oyunun hamısında qalib gəlib və 1/4 finala vəsiqəni təmin edib.
Mənbə: publika.az