Günay Qurbanovanı qızıl medaldan 16 saniyə ayırdı

Günay Qurbanovanı qızıl medaldan 16 saniyə ayırdı
Azərbaycan güləşçisi Günay Qurbanova U-23 dünya çempionatında gümüş medal qazanıb.
59 kq çəki dərəcəsində mübarizə aparan güləşçi finalda ukraynalı Alina Filipoviçə sonuncu xal prinsipinə (4:4) əsasən məğlub olub - mübarizənin sonuna 16 saniyə qalmış idmançımız rəqibin son fəndini buraxıb.

Beləliklə, G.Qurbanova çempionatı ikinci pillədə başa vurub.

Daha əvvəl yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, oktyabrın 18-dək ABŞ-nin Las-Veqas şəhərində keçirilən yarışda Azərbaycanı 23 güləşçi təmsil edir.

Mənbə: oxu.az