“Sizin əlinizdən qaçmaq üçün xaricə getmək istəyirəm” - Samir Abasov

“Sizin əlinizdən qaçmaq üçün xaricə getmək istəyirəm” -

“Neftçi”nin sabiq baş məşqçisi Samir Abasov maraqlı açıqlamaları ilə diqqət çəkib.

O, “11 Adam” podkastına Azərbaycan çempionatının bugünkü səviyyəsindən danışıb.

S.Abasov hazırkı liqanın əvvəlkilərdən daha zəif olduğunu bildirib: “Hazırkı çempionat öncəkilərdən daha zəifdir. Çünki komandaların arasında uçurum var. Yəni futbolçuların səviyyəsi çox fərq yaradır”.

Təcrübəli məşqçi həmçinin ölkə xaricinə getmək istədiyini bildirib. O, jurnalistərdən qaçmaq istədiyini deyib: “Xaricə getmək mənə uyğundur. Çünki jurnalistlərin əlindən rahat olacam”.

Mənbə: qafqazinfo.az