“Sabah” - “Borussiya” matçının biletləri satışda

“Sabah” - “Borussiya” matçının biletləri satışda

“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 2-ci ev oyununun biletləri satışa çıxarılıb.

Biletlər 15, 40, 50, 75, 120 və 650 manata təklif edilir.

Bakı təmsilçisi oktyabrın 20-də Bakı Olimpiya Stadionunda Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə qarşılaşacaq.

Görüş saat 20:45-də başlayacaq. Azarkeşlər matçın biletlərini “iTicket.az”ın internet saytından onlayn əldə edə bilərlər.

Qeyd edək ki, “Sabah”ın bundan öncə qarşılaşacağı “Slaviya” ilə ev oyununa da bilet satışı davam edir.

Mənbə: qafqazinfo.az