Zədəli olan “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin son durumu açıqlanıb.
Bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı qeyri-müəyyəndir.
E.Cəfərquliyev sentyabrın əvvəlində əməliyyat olunub və hələ ki, nə vaxt məşqlərə qatılacağı bilinmir.
Müayinələr zamanı futbolçunun sol budunun arxa əzələ qrupuna daxil olan yarımvətərli əzələnin distal vətərində zədələnmə aşkarlanıb.
Mənbə: qafqazinfo.az