Ronaldonun bacısından portuqallara: Paxıllıq, nifrət və cəhalətlə dolusunuz

Ronaldonun bacısından portuqallara: Paxıllıq, nifrət və cəhalətlə dolusunuz

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun bacısı Elma Aveyro qardaşının komandanın baş məşqçisi Xorxe Jesusla münaqişəsi barədə sərt danışıb.

Elma bu barədə sosial mediada yazıb:

“CR7 daha çox hörmətə layiqdir. Milli komanda daha səriştəli bir quruluşa layiqdir. Portuqaliya jurnalistikası daha çox səriştəyə və daha az spekulyasiyaya layiqdir.

Portuqaliyalılara gəldikdə isə… Onlar bundan yaxşısına layiq deyillər. Biz paxıllıq, nifrət və cəhalətlə doluyuq. CR7-dən əvvəl futbolda həmişə mövcud olan orta səviyyəyə qayıtmağa layiqik.

Hər şey üçün təşəkkür edirəm, CR7! Sən daha yaxşısına layiqsən!”

Müəllif: Tural

Mənbə: publika.az