FIFA “Fənərbaxça”ya tətbiq etdiyi 3 transfer pəncərəsi müddətinə qoyulan qadağanı ləğv edib.
“Haber Global”a istinadən xəbər verilir ki, bu barədə məlumat ali futbol qurumunun rəsmi saytında yer alıb.
Məlumata görə, “sarı-lacivərdlilər” mərakeşli hücumçu Yusuf En-Nesirinin transferi ilə bağlı borcunu tam tənzimlədikdən sonra FIFA tərəfindən qoyulan məhdudiyyət götürülüb. Bu addımla İstanbul təmsilçisi növbəti transfer pəncərələrində heç bir maneə olmadan yeni futbolçular heyətə qata biləcək.
Mənbə: qafqazinfo.az