"Barselona", "Real Madrid" və PSJ onun uğrunda mübarizə aparacaq

"Barselona", "Real Madrid" və PSJ onun uğrunda mübarizə aparacaq

İspaniya çempionu “Barselona”, vitse-çempion “Real Madrid” və Fransa çempionu və Çempionlar Liqasının qalibi PSJ MLS-də çıxış edən Amerikanın “Filadelfiya Yunion” klubunun 17 yaşlı yarımmüdafiəçisi Kavan Sallivanın transferində maraqlıdır.

Bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Futbolçunun Amerika klubu ilə mövcud müqaviləsi 2028-ci ilin sonunadək nəzərdə tutulub.

“Transfermarkt” onun transfer dəyərini 10 milyon avro qiymətləndirir.

Hüseyn İbadlı

Mənbə: publika.az