Misli Premyer Liqasında IX turun oyun cədvəli və qarşılaşmaların başlama vaxtları müəyyənləşib.
Bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
Turun mərkəzi qarşılaşması hesab olunan "Sabah" - "Qarabağ" oyunu "Dalğa Arena"da baş tutacaq. Oktyabrın 9-da PFL tərəfindən qeyd olunan stadiona yekun baxış keçiriləcək və stadionun uyğunluğu barədə son qərar veriləcək.
IX turun tam cədvəlini təqdim edirik:
Misli Premyer Liqası, IX tur
23 oktyabr (cümə)
15:00. "Araz-Naxçıvan" - "Qəbələ" (Şamaxı şəhər stadionu)
19:00. "Zirə" - "Sumqayıt" (Zirə İdman Kompleksinin stadionu)
24 oktyabr (şənbə)
16:30. "Şəfa" - "Kəpəz" ("SOCAR Polymer Arena")
19:00. "Neftçi" - "Turan Tovuz" ("Palms Sports Arena")
25 oktyabr (bazar)
15:00. "İmişli" - "Şamaxı" (Yevlax şəhər stadionu)
18:00. "Sabah" - "Qarabağ" ("Dalğa Arena").
Bizim.Media
Mənbə: bizim.media