Türkiyə Futbol Federasiyası Mərkəzi Hakim Komitəsinin sədri Ferhat Gündoğdu saxlanılıb.
Türkiyə mediasına istinadən xəbər verilir ki, o, rəsmi sənədlərin saxtalaşdırılmaqda ittiham olunur.
Onunla yanaşı qurumun yeddi üzvünün də eyni itttihamla saxlanıldığı bildirilir.
Məlumata görə, onların həbsi İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaqla bağlıdır.
Mənbə: apa.az