İspaniya millisi dünya rekordunu yenilədi

İspaniya millisi dünya rekordunu yenilədi
Futbol üzrə İspaniya milli komandası UEFA Millətlər Liqasının (A Liqası) qrup mərhələsinin 1-ci turunun qarşılaşmasında İngiltərəyə qalib gələrək (3:2) rəsmi oyunlardakı məğlubiyyətsizlik seriyasını 39 matça çatdırıb və dünya rekordunu yeniləyib.

"Çempionat"a istinadən xəbər verilir ki, bu nəticə ilə ispanlar keçən yay dünya çempionatının finalında özlərinin təzələdikləri ardıcıl rəsmi oyunlarda məğlubiyyətsizlik rekordunu (38 oyun) bir qədər də yaxşılaşdırıblar.

Əvvəllər bu rekord İtaliya millisinə məxsus idi. İtalyanlar 2018-ci ilin sentyabrından 2021-ci ilin oktyabrınadək keçirdikləri 37 görüşdə bir dəfə də olsun məğlubiyyət acısı yaşamamışdılar.

İspaniya sonuncu dəfə rəsmi oyunun əsas vaxtında 2023-cü ilin martında məğlub olub. Avro-2024-ün seçmə mərhələsinin A qrupunun 2-ci turunda Luis de la Fuentenin yetirmələri Şotlandiyaya uduzublar (0:2).

Mənbə: oxu.az