“Özümü yaxşı hiss edirəm” - Mahir Emreli

“Özümü yaxşı hiss edirəm” -

Azərbaycan millisinin futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasında Litva yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

O, bu gün baş tutan mətbuat konfransında Millətlər Liqasına qələbə ilə başlamağın vacibliyini bildirib:

“Yaxşı hazırlaşmışıq. Çətin rəqiblə oyuna çıxacağımızı bilirik. Məqsədimiz müsbət nəticə qazanmaq olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik. Özümü yaxşı hiss edirəm. Sabah komandama kömək etməyə hazıram”.

Qeyd edək ki, Litva – Azərbaycan oyunu sentyabrın 27-də, Bakı vaxtı ilə saat 17:00-da Kaunas şəhərində baş tutacaq.

Mənbə: qafqazinfo.az