İrlandiyanın baş məşqçisi: Biz soyqırıma qarşı oynayırıq - İsraildən cavab gəldi

İrlandiyanın baş məşqçisi: Biz soyqırıma qarşı oynayırıq -

İsrail Futbol Assosiasiyası (İFA) İrlandiya milli komandasının baş məşqçisi Heymir Hadlqrimssonun iki ölkə arasında keçiriləcək Millətlər Liqası oyunları ilə bağlı şərhlərinə cavab verib.

Ötən həftə milli komandanın heyətini açıqlayarkən Hadlqrimsson oyunçuların çoxunun İsrailə qarşı qarşıdakı oyunlardan narahat olduqlarını bildirib və əlavə edib: "Biz soyqırımla deyil, soyqırıma qarşı oynayırıq".

IFA sosial mediada yazıb: “Biz bir çox sahədə dünyaya və bəşəriyyətə böyük töhfələr vermişik və bunun üçün təsirli sayda Nobel mükafatı qazanmışıq.

Təəssüf ki, hələ də İrlandiya milli komandasının məşqçisinin nümayiş etdirdiyi axmaqlığa, cəhalətə və ikiüzlülüyə çarə tapmamışıq. Biz cəhalətə, ikiüzlülüyə və axmaqlığa qarşı deyil, onları təcəssüm etdirən bir məşqçiyə qarşı oynayırıq”.

Müəllif: Tural

Mənbə: publika.az