“İnter”in əfsanəsinə qarşı hörmətsizlik – “Yuventus” azarkeşlərini qınadı

“İnter”in əfsanəsinə qarşı hörmətsizlik – “Yuventus” azarkeşlərini qınadı

“Yuventus” “Atalanta” ilə oyundan əvvəl “İnter” və İtaliya futbolunun əfsanəsi Sandro Matsolanın şərəfinə bir dəqiqəlik sükut zamanı bəzi azarkeşlərin hərəkətlərinə reaksiya verib.

Bu barədə klubun açıqlamasında bildirilir?

“Heç bir rəqabət bir anlıq sükut zamanı hörmətsizliyə haqq qazandıra bilməz.

Xatirəni ehtiramla yad etmək və anım tədbirləri zamanı xatirələrdə birləşmək klub mənsubiyyətindən və rənglərindən kənara çıxan ortaq bir məsuliyyətdir”.

Bir dəqiqəlik sükut zamanı cənub tribunasının ən qızğın azarkeşləri (Curva Sud) nümayişkaranə şəkildə meydana arxalarını çevirərək klub əfsanələri Qaetano Skirea, Andrea Fortunato və Canni Aqnellinin adlarını səsləndiriblər. Buna cavab olaraq stadionun qalan tamaşaçıları onların səsini boğmaq üçün ucadan alqışlamağa başlayıblar.

Matsola 83 yaşında vəfat edib. O, “İnter”də 566 oyun keçirib, 162 qol vurub və 15 məhsuldar ötürmə edib. “Qara-mavilər”lə birlikdə dörd İtaliya çempionluğu, iki Dünya Kuboku və iki Avropa Kubokunu qazanıb.

Mənbə: publika.az