"Turan Tovuz" - "Fənərbağça" matçının başlama saatı bilindi

"Turan Tovuz" - "Fənərbağça" matçının başlama saatı bilindi

"Turan Tovuz" və Türkiyənin "Fənərbağça" komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlama saatı açıqlanıb.

Bu barədə Azərbaycan klubunun mətbuat xidmətdindən məlumat verilib.

Oktyabrın 3-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın start fiti saat 20:00-da səslənəcək.

Qeyd edək ki, qarşılaşmanın biletləri sabahdan etibarən satışa çıxarılacaq.

Mənbə: publika.az