Qadınlar Super Liqasında yeni mövsümün püşkü atıldı

Qadınlar Super Liqasında yeni mövsümün püşkü atıldı

AFFA-nın bayrağı altında keçirilən Qadınlar Super Liqasında 2026/2027-ci illər mövsümünün püşkü atılıb.

Tədbirdə ilk olaraq liqa haqqında videoçarx nümayiş etdirilib, çempionatın yeni adı və loqosu ictimaiyyətə təqdim olunub.

Daha sonra çıxış edən AFFA-nın baş katibi Cahangir Fərəcullayev komandaların peşəkarlıq səviyyəsinin artdığını bildirib. Baş katib cari çempionatın daha gərgin və maraqlı keçəcəyini vurğulayaraq, AFFA-nın qadın futbolunun inkişafına xüsusi diqqət ayırdığını qeyd edib və turnirdə iştirak edən bütün kollektivlərə uğurlar arzulayıb.

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva qurumun əsas məqsədinin qadın futbolunu daha da gücləndirmək olduğunu bildirib, turnirin ad dəyişikliyi və yeni rebrendinq konsepsiyası barədə ətraflı məlumat verib.

Departamentin texniki direktoru Əmrah Aykurt isə çempionatın reqlamenti və gənc futbolçuların inkişaf perspektivlərindən bəhs edib. O, əsas hədəfin mövsümün sonunadək yüksək rəqabət mühitini qoruyub saxlamaq olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, 12 komandanın mübarizə aparacağı çempionat iki mərhələdən ibarət olacaq. Birinci mərhələnin yekunlarına əsasən, komandalar iki qrupa bölünəcəklər: A qrupunda 1-6-cı, B qrupunda isə 7-12-ci yerləri tutan kollektivlər mübarizəni davam etdirəcəklər.

Mərasimin sonunda püşkatma keçirilib və I turun cütlükləri müəyyənləşib.

I tur

“Dirçəliş” – “Sumqayıt”

“İmişli” – “Neftçi”

“Ümid” (Gəncə) – “Baku Juniors”

“Araz-Naxçıvan” – “Goranboy”

“Liman” – “Sabah”

“Şəfa” – “Qəbələ”

Qeyd edək ki, Qadınlar Super Liqasında I turun oyunları oktyabrın 18,19 və 20-də keçiriləcək.


Mənbə: unikal.az