“Çelsi”, “Yuventus” və “İnter”in sabiq futbolçusu Xuan Kuadrado karyerasını vətənində davam etdirəcək.
38 yaşlı yarımmüdafiəçi Kolumbiyanın “Milyonarios” klubuna keçib. Boqota təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər arasında müqavilə 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.
Kuadrado yeni komandasına azad agent kimi keçib.
Kolumbiyalı futbolçunun son klubu İtaliya “Piza”sı olub. O, ötən mövsüm bu komandanın heyətində 21 oyunda meydana çıxıb və 1 qol vurub.
Avropadakı uzunmüddətli karyerası ərzində Kuadrado “Udineze”, “Leççe”, “Fiorentina”, “Yuventus”, “Çelsi”, “İnter” və “Atalanta”nın da formasını geyinib. O, Kolumbiya millisində 116 matç keçirib və 11 qola imza atıb.
Mənbə: unikal.az