“Real Madrid” klubunun baş məşqçisi Joze Mourinyo “Real Betis”lə oyunda Arda Güləri oyundan çıxardığı üçün İspaniyada sərt tənqidlərə məruz qalıb.
“Real Betis”in “Real Madrid”i 1:0 hesabı ilə məğlub etdiyi matçda Arda Gülər 64-cü dəqiqədə Mourinyo tərəfindən əvəzlənib.
Onun bu qərarı İspaniyada ciddi müzakirələrə və tənqidlərə səbəb olub.
İspaniyalı futbol şərhçisi İnyaki Angulo hesab edir ki, Mourinyo Kilian Mbappeni, Vinisius Junioru və Cud Bellinqemi ehtiyat oyunçular skamyasına göndərməyə cəsarət etmədiyi üçün Arda Güləri asan hədəf seçib.
Angulo Joze Mourinyonun qərarını belə şərh edib:
“Mourinyo “Betis”lə oyunda Arda Güləri sarı vərəqə aldığı üçün əvəzləmədi. O, bunu Mbappeni, Vinisiusu və Bellinqemi ehtiyat oyunçular skamyasına göndərməyə cəsarət etmədiyi üçün etdi”.
Mənbə: bizim.media