Taekvondoçularımız İsveçrədə beynəlxalq turnirin qalibi oldular

Taekvondoçularımız İsveçrədə beynəlxalq turnirin qalibi oldular

Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri İsveçrənin Sanqt-Qallen şəhərində keçirilən "Swiss Open" beynəlxalq turnirində uğurlu çıxış ediblər.

Yarışda ölkəmizi təmsil edən Cavad Ağayev (74 kq) və Minayə Əkbərova (46 kq) bütün rəqiblərini məğlub edərək turnirin qalibi olublar.

Yarışda Azərbaycan komandası ümumi hesabda I yerə layiq görülərək, turnirin kubokuna sahib çıxıb.


Mənbə: unikal.az