“Barselona”nın braziliyalı hücumçusu Rafinya La Liqanın 2026/27 mövsümünə möhtəşəm start verərək dünya futbolunun əfsanələri Lionel Messi və Kriştianu Ronaldoya çatıb.
Bu barədə “Sofascore” nəşri məlumat yayıb.
Nəşrin təqdim etdiyi statistikaya görə, 2015/16 mövsümündən bəri İspaniya çempionatının ilk 3 turunda azı 5 qol və ya məhsuldar töhfə verməyi bacaran cəmi 3 futbolçu olub və Rafinya bu müstəsna siyahıya adını yazdıran 3-cü oyunçudur.
Ondan əvvəl bu göstəriciyə yalnız 2015/16 mövsümündə Kriştianu Ronaldo, 2017/18 mövsümündə isə Lionel Messi imza ata bilmişdi.
Məlumat üçün bildirək ki, La Liqanın 4-cü turu çərçivəsində “Barselona” sentyabrın 6-da səfərdə “Valensiya”nın qonağı olacaq. “Mestalya” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.
Mənbə: qafqazinfo.az