Formula 1 mətbuat xidməti 2027-ci il avtomobilinin təqdimatının tarixlərini açıqlayıb.
Tədbir 18-20 fevral tarixlərində İtaliyanın Milan şəhərində keçiriləcək.
Xatırladaq ki, yarışda 11 komanda öz avtomobillərini təqdim edəcək: “Maklaren”, “Red Bull”, Mercedes”, “Ferrari”, “Aston Martin”, “Uilyams”, “Racin Bulls”, “Alpin”, “Haas”, “Audi” və “Kadillak”.
2026-cı il mövsümünün 12 turundan sonra pilotların sıralamasına “Mercedes”in italiyalı sürücüsü Andrea Kimi Antonelli başçılıq edir. İkinci yeri “Ferrari”ni təmsil edən yeddiqat çempion Lyuis Hemilton tutur. İlk üçlüyü “Mercedes”in digər pilotu, Corc Rassel tamamlayır.
Mənbə: publika.az