“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının tarixinə düşüb.
ispaniyalı mütəxəssis “Dumanlı Albion”da futbolçu və baş məşqçi kimi ümumilikdə 500-dən çox oyun keçirən ikinci məşqçi olub.
O, futbolçu karyerası ərzində “Everton” və “Arsenal”ın heyətində 284 matçda iştirak edib. Arteta “Arsenal”ın baş məşqçisi kimi isə İngiltərə Premyer Liqasında 250-ci oyununa çıxıb. Bununla da onun Premyer Liqadakı ümumi oyunlarının sayı 534-ə çatıb.
Arteta bu göstəricidə yalnız Mark Hyuzdan geri qalır. Uelsli futbol adamı İngiltərə çempionatında oyunçu kimi 297, baş məşqçi kimi isə 466 matç keçirib.
Qeyd edək ki, Mikel Arteta 2019-cu ildən “Arsenal”a rəhbərlik edir. Bu müddət ərzində o, İngiltərə Kubokunu, üç dəfə İngiltərə Superkubokunu qazanıb. Həmçinin ötən mövsüm “topçular”ı 22 ildən sonra ilk dəfə İngiltərə Premyer Liqasının çempionu edib.
Mənbə: unikal.az