14 il sonra eyni kubokla... - Fotolar

14 il sonra eyni kubokla... - Fotolar

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas sosial şəbəkə hesabının hekayə bölümündə Çempionlar Liqasının kuboku ilə fotosunu paylaşıb.

Liitvalı mütəxəssis 2012-ci ildə UEFA-nın məşqçilər kursunda iştirak edərkən kubokla çəkdirdiyi kadrı və 14 il sonra avqustun 27-də ÇL-in liqa mərhələsinin püşkatma mərasimində çəkdirdiyi fotonu izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, Masazır təmsilçisi doğma meydanda Kataloniya nəhəngi “Barselona”, Almaniyanın “Borussiya” (Dortmund), İtaliyanın “Napoli” və Çexiyanın “Slaviya” (Praqa) klublarını qəbul edəcək.

Təmsilçimizin səfərdəki rəqibləri isə İngiltərənin “Arsenal” və “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal”, həmçinin Norveçin “Vikinq” komandaları olacaq.


Mənbə: qafqazinfo.az