Fransalı hücumçu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan ayrılıb.
38 yaşlı futbolçu bu barədə sosial media hesabında paylaşım edib:
"Birlikdə keçirdiyimiz müddət ərzində “Əl-Hilal”a, komanda yoldaşlarıma, məşqçilər heyətinə, azarkeşlərə və klubda çalışan hər kəsə minnətdaram. “Əl-Hilal”a gələcəkdə uğurlar arzulayıram"
Xatırladaq ki, Benzema 2026-cı ilin fevralında “Əl-İttihad”dan ayrıldıqdan sonra “Əl-Hilal”a keçib. Fransalı forvard peşəkar karyerasına “Lion”da başlayıb. O, 2009-cu ildə “Real”a transfer olunub və Madrid klubunda keçirdiyi 14 mövsüm ərzində 25 kubok qazanıb. Bunların arasında 5 Çempionlar Liqası kuboku da var.
Benzema 2022-ci ildə “Qızıl top” mükafatına layiq görülüb. 2023-cü ilin yayında “Real”dan ayrılaraq “Əl-İttihad”a keçən hücumçu Səudiyyə Ərəbistanı çempionluğu və kubokunu qazandıqdan sonra “Əl-Hilal”ın formasını geyinib.
Mənbə: unikal.az