Qrilişin əsas seçimi bəllidir

Qrilişin əsas seçimi bəllidir

“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş “şəhərlilər”dən ayrılacağı təqdirdə gələcəyi ilə bağlı qərarını verib.

Bu barədə məlumatı insayder Ben Ceykob verib.

“Everton” 30 yaşlı ingilisin əsas seçimi olaraq qalır. Yarımmüdafiəçi ötən mövsüm icarə əsasında bu komandada oynayıb, daha sonra isə “Mançester”ə qayıdıb.

“Aston Villa” da vəziyyəti yaxından izləyir və Birmingem klubu keçmiş kapitanını geri qaytarmaq imkanını nəzərdən keçirir.

Xatırladaq ki, Qriliş 2021-ci ilin yayından, yəni “Aston Villa”dan transfer olunduğundan bəri “Siti”də oynayır. O vaxtdan bəri o, İngiltərə nəhəngində 159 oyun keçirib, 17 qol vurub və 23 məhsuldar ötürmə edib.

Publika.az

Mənbə: publika.az