“Real”ın qapıçısı “Yuventus”a keçir?

“Real”ın qapıçısı “Yuventus”a keçir?

Ukraynalı qapıçı Andrey Lunin “Real Madrid”i tərk edə bilər.

“Mundo Deportivo”nun məlumatına görə,

27 yaşlı qapıçı “Yuventus”a təklif olunub. Turin klubu “Parma”dan Dzion Sudzukini transfer edə bilməyəndən sonra qapıçı axtarışındadır.

İtaliya klubunun namizədlər siyahısında “Tottenhem Hotspur”dan Quqlielmo Vikario və “Benfika”dan Anatoli Trubin də var.

Luninin “Real Madrid”lə müqaviləsi 2030-cu ilə qədərdir. Lakin klub, Tibo Kurtua getsə belə, ukraynalını əsas qapıçı kimi görmür.

Mənbə: publika.az