Millimiz Litvanı məğlub etdi - VİDEO

Millimiz Litvanı məğlub etdi -

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv IV turda Litva yığmasını qəbul edib.

8-ci km qəsəbə stadionunda keçirilən qarşılaşma saat 17:00-da başlayıb.

Görüşün taleyini 1 qol həll edib. Abdulla Xaybullayevin 25-ci dəqiqədə vurduğu qol yığmamıza minimalhesablı qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, Azərbaycan D Liqasının 2-ci qrupunda keçirdiyi oyunlardan sonra 5 xalla ilk pillədə qərarlaşıb. Litva isə 4 xalla ikinci sıradadır.


Mənbə: bizim.media