Elvin zədələnərək meydanı tərk etdi

Elvin zədələnərək meydanı tərk etdi

Hazırda davam edən Dinamo- Qarabağ matçında Ağdam təmsilçisinin müdafiəçisi Elvin Cəfərquliyev zədələnib.

Kiyev klubunun hücumu zamanı əzələsini dartan futbolçu oyunu davam etdirə bilməyib və 75-ci dəqiqədə məcburi şəkildə əvəzlənib.

Onun əvəzinə meydana braziliyalı yarımmüdafiəçi Pedro Bikalyo daxil olub.

Məlumat üçün bildirək ki, qarşılaşmada hazırda hesab 1:0 “Dinamo”nun lehinədir.

Mənbə: qafqazinfo.az